Necə etməli?
- Siz ödəniş kartını almaq üçün Bankın rəsmi saytından istifadə etməklə, Birbank tətbiqindən, Rəqəmsal Mərkəzlərdən və ya Bankın filialına (şöbələrinə) müraciət edib sifariş edə bilərsiniz.
Sifariş et
Bu məlumat Sizin üçün faydalı idi?
- Birbank tətbiqini “Google Play”, “App Store” və ya "App Galery"-dən mobil telefonunuza yükləyin. Kapital Banka məxsus kartınızla “Kart üzrə qeydiyyat” bölməsinə daxil olun. Kart nömrəsi, onun PİN kodunu hazırda istifadə etdiyiniz telefon nömrənizi daxil edin, Kartınız yoxdursa “Kapital Bank müştərisi deyilsiniz” hissəsindən daxil olub, mobil nömrənizi qeyd edin. Telefonunuza göndəriləcək birdəfəlik şifrəni (OTP) daxil edin. Gələcəkdə Birbank tətbiqinə daxil olmaq üçün özünüzə şifrə təyin edin. Eyni zamanda filialarımıza yaxınlaşaraq qeydiyyatdan keçə bilərsiniz. Xidmət pulsuzdur.
Bu məlumat Sizin üçün faydalı idi?
- Kartınızın balansını Kapital Banka məxsus ödəmə terminalları, Cash In bankomatları, eManat və MilliÖN ödəniş terminalları vasitəsilə artıra bilərsiniz.
Bu məlumat Sizin üçün faydalı idi?
Kapital Bankın “SMS Banking” xidmətinə aşağıdakı üsullarla qoşulmaq mümkündür:
- Kapital Banka məxsus hər hansı bir bankomat vasitəsilə;
- 196 Müştəri Xidmətinə zəng etməklə;
- Birbank mobil tətbiqi vasitəsilə.
Bu məlumat Sizin üçün faydalı idi?
- Bank tərəfindən emissiya edilən kartlar vasitəsilə aparılan əməliyyatlar zamanı baş verə biləcək əməliyyat riskinin azaldılması və kart itirildikdə potensial itkilərin azaldılması məqsədilə İnternet üzərindən aparılan əməliyyatlara, həmçinin yüksək riskli və risk dərəcəsi nisbətən aşağı olan ölkələrdə ATM-lərdən nağd vəsaitin çıxarılması və POS-terminal vasitəsilə ödənişlərin aparılmasına dair plastik kart növləri üzrə gündəlik istifadə limitləri təyin edilmişdir.
Bu məlumat Sizin üçün faydalı idi?
- Milləri aviabiletə dəyişmək üçün ilk olaraq istədiyiniz bileti Birbank Miles kartıyla nağdsız olaraq əldə edirsiniz. Daha sonra Birbank mobil tətbiqində Bonuslarım/ Millər bölməsinə daxil olursunuz. Bu menyuda aldığınız aviabileti seçirsiniz və ödənişi Millərlə dəyişirsiniz.