Necə etməli?

Avans nədir ?
  • Kapital Bankdan əmək haqqı və təqaüd alan şəxslərə təcili xərcləmələr üçün verilən geriödənişli vəsaitdir.

Bu məlumat Sizin üçün faydalı idi?

Avans haqqında nələri bilməliyəm?
  • 50-500 AZN aralığında;
  • İllik faiz dərəcəsi olmadan;
  • Hər 50 AZN üçün 3 AZN komissiya tuturlaraq təklif edilə bilər.

Qeyd: Avans məlumatları AKB və MKR-ə göndərilir yəni kredit tarixçəsində əksini tapır.


Bu məlumat Sizin üçün faydalı idi?

Avansı haradan əldə edə bilərəm?

Siz:

  • Kapital Bank ATM-dən;
  • Birbank mobil tətbiqindən əldə edə bilərsiniz.

Avansın Kapital Bank ATM-dən əldə edilmə ardıcıllığı:

  • Avans”ı kartı daxil edib PİN kodu yığıldıqdan sonra (əgər şərtlər uyğundursa) təklif olunacaqdır. Gün ərzində maksimum bir təklif olunur.
  • Avans təklifini qəbul etdiyiniz halda müəyyən olunmuş məbləğ qədər avans əldə edə bilərsiniz.
  • Sistemdə mobil nömrəsi olmadığı halda təklif olunan məbləğlə razılaşdıqdan sonra növbəti mərhələdə mobil telefon nömrəsinin daxil edilməsi tələb olunur (telefon nömrəsinə şablon tətbiq edilməlidir, telefon nömrəsi 2 dəfə daxil olunmalıdır), əks halda nömrə tələb olunmadan proses davam edir.
  • Mobil nömrə daxil edildikdən sonra avans məbləğiniz məxaric olunur.
  • ATM-də daxil olunmuş telefon nömrəsi digər kart üzrə daxil edilmişsə  “Avans” verilmir.
  • Mobil nömrənin daxil edilməsi SMS bankçılıq xidməti aktiv olan kartlarda tələb olunmur.
  •  Avansın Birbank tətbiqindən köçürmə ardıcıllığı:
  • Birbank mobil tətbiqi ilə Avans əldə etmək üçün "Təkliflər" bölməsinə daxil olaraq, kartınıza mədaxil edə bilərsiniz.


Bu məlumat Sizin üçün faydalı idi?

Avans borcunu necə ödəniş edə bilərəm?
  • İlk istifadə tarixindən etibarən 40 gün ərzində kart hesabına növbəti əməkhaqqı/pensiya mədaxil edilən zaman məbləğ avans borcunun ödənilməsinə yönəlir;
  • İlk dəfə istifadə olunduqdan sonra növbəti dəfə istifadə etmək üçün borc məbləği tam bağlanılmalıdır;
  • Avans üzrə borcu vaxtından tez bağlamaq üçün Birbank mobil tətbiqindən, MilliÖn, Emanat və ya bankın filialında CİF kodunuzu daxil edərək borcunuzu ödəyə bilərsiz;
  • İstifadə tarixindən sonrakı 40 gün ərzində borc məbləği tam olaraq ödənilməsə 40-cı gün əməliyyat gününün sonunda, balansda olan vəsait borcun ödənişinə yönəldilir;
  • İstifadə tarixindən sonrakı 40 gün ərzində borc məbləği tam olaraq ödənilməsə 40-cı gündən etibarən aylıq komissiya məbləği qədər hər 30 gün üçün komissiya hesablanır;
  • Şəxsi vəsait kimi mədaxil olan vəsaitlər Avans borcu yalnız 40-cı gündə gecikməni nəzərə alaraq silir. Nümunə: Avansı əldə etdikdən 10 gün sonra kartın 16 rəqəmi ilə ödəniş etsək, avans borcu silinməyəcək.
  • Avans borcunu vaxtından tez ödənilməsi üçün CİF və doğum tarixi qeyd etməklə bağlaya bilərsiniz. Milliön, Emanat, Birbank tətbiqindən ödəniş etmək mümkündür.

Bu məlumat Sizin üçün faydalı idi?