Necə etməli?

Kartın hansı üstünlüklərindən faydalana bilərəm?

Kartlarımızda:

  • Faizsiz taksit imkanı;
  • 63 günədək güzəşt müddəti;
  • Onlayn və mağazada sürətli ödəniş;
  • Vəsaiti 100% nağdlaşdırma imkanı;
  • 30000-ə yaxın partnyor alış veriş etmə imkanı mövcuddur.

Müraciət et

Bu məlumat Sizin üçün faydalı idi?

Kartdan necə ödənişlər edə bilərəm ?
  • Taksit: partnyor mağazadan ödəniş edən zaman məbləğ faizsiz şəkildə aylara bölünür.
  • Birdəfəlik: bu zaman partnyordan asılı olmayaraq istənilən yerdə ödəniş etmək mümkündür.
  • Ninja təklif: qeyri-partnyor mağazada ödəniş edən zaman təsadüfi seçim ilə məbləğin aylara bölünməsi mümkündür.


Bu məlumat Sizin üçün faydalı idi?

Müraciət üçün hansı şərtləri bilməliyəm ?

Bilməlisiniz ki, əgər:

  • 18-70 yaş aralığında olan şəxslər;
  • Rəsmi gəliri olan şəxslər;
  • Digər banklarda krediti olan şəxslər
  • Kapital Bank və ya digər bankdan əmək haqqı/ təqaüd alan şəxslər;
  • Son iş yerində stajı 3 ay olan şəxslər və ümumi stajı 6 ay olan şəxslər (təqaüdçülər üzrə iş stajı tələbi mövcud deyil) və xüsüsi hallarda zamin tələbi ilə kredit əldə edə bilər.

Müraciət et

Bu məlumat Sizin üçün faydalı idi?

Taksit kartı əldə etmək üçün necə müraciət edə bilərəm ?
  • Birbank tətbiqi vasitəsi ilə;
  • Kapitalbank.az saytına daxil olmaqla;
  • 196 Əlaqə Mərkəzi ilə əlaqə zamanı müvafiq düymələri seçərək;
  • Rəqəmsal mərkəzlərə müraciət edərək;
  • Filiala yaxınlaşaraq müraciət edə bilərsiniz.

Müraciət et

Bu məlumat Sizin üçün faydalı idi?

Kart haqqında əlavə nə bilməliyəm?

Taksit nədir?

  • Partnyor mağazada alış-veriş edən zaman məbləğin faizsiz şəkildə aylara bölünməsidir. Məsələn: 1200 AZN məbləğində olan xərcləməni 6 aya böldükdə, 6 ay ərzində hər ayın 1-i və 10-u aralığında 200 AZN ödəniş edə bilərsiniz. Ödəniş, xərcləmə edilən ay bitdikdən sonra başlayır.

Birdəfəlik ödəniş nədir?

  • Birdəfəlik ödəniş edən zaman 63 günədək güzəşt müddəti verilir. Məsələn: siz 01.09.2023-cü il tarixində xərcləmə edən zaman növbəti ayın sonuncu gününədək faiz hesablanmadan geri ödəniş edə bilərsiniz. Həmçinin 08.09.2023-cü il tarixində xərcləmə edildikdə növbəti ayın sonuncu günündək ödəniş edilə bilər. Sonuncu ödəniş tarixi qeyri-iş gününə təsadüf edərsə növbəti iş gününədək borcun ödənişini etmək mümkündür

Ninja təklif nədir?

  • Müştəri partnyor olmayan mağazadan  taksit kartı ilə ödəniş etdikdə komissiya qarşılığında əməliyyatın aylara bölünməsidir. Ölkəxarici və ölkədaxili ödənişlər edilən zaman təsadüfi seçim ilə göndərilir.

Təklifdən necə yaralara bilərəm?

  • Təklif Birbank tətbiqində və yaxud SMS ilə göndərilə bilər;
  • Birbank tətbiqində  “Təkliflər” bölməsində və yaxud 2149-a SMS göndərməklə aylara bölmə mümkündür;
  • Təklif 24 saat ərzində keçərlidir (24 saat ərzində təsdiq edə bilərsiniz).

Tariflər necə tənzimlənir?

- 2 ay bölünmə olduqda - 4.5% komissiya

- 3 ay bölünmə olduqda - 6% komissiya

- 6 ay bölünmə olduqda - 10% komissiya

- 12 ay bölünmə olduqda – 17% komissiya tutulacaqdır.

Qeyd: 12 aylıq Ninja, ölkə daxili əməliyyat məbləği 500 AZN-dən çox, ölkə xarici əməliyyat məbləği 600 AZN-dən çox olduğu zaman təklif olunur. Həmçinin əməliyyatın icra edilməsi üçün balansda komissiya məbləği olmalıdır. Əks halda təklif göndərilirsə belə bölünmə mümkün olmayacaqdır.

Əgər Ninja təklif göndərilməmişdirsə nə etməliyəm?

  • Ninja təklif ödənişlərə təsadüfi şəkildə göndərilir.

Ninja təklifdən yararalandım lakin əməliyyat şəxsi kabinetdə əks olunmursa necə edim ?

  • Ninja təklifdən yararlandığınız tarixdən sonra 10 gün ərzində şəxsi kabinetdə əks oluna bilər. Qeyd olunan müddətdən sonra əks olunmadıqda 196 Əlaqə Mərkəzinə və yaxud Onlayn Çat xidmətinə müraciət edə bilərsiniz.

Bu məlumat Sizin üçün faydalı idi?