Cash in

"Cash In" ATM xidməti vasitəsilə kart hesabına pul yükləmək üçün nəzərdə tutulmuş bir xidmətdir.


Cash in

1. Plastik kart ATM-ə daxil olunur və PİN-kod yığılır.

2. Mədaxil etmək istədiyiniz valyuta seçilir.

3. Bankomatda "Karta mədaxil" bölməsi seçilir

4. Məbləğ ATM-ə daxil edilir və “Ödəniş etmək” düyməsi sıxılır.

5. "Təsdiq etmək" düyməsi sıxılır

Bu məlumat Sizin üçün faydalı idi?

Cash by code (Bankomatdan köçürmə etmək)

Cash by code (Bankomatdan köçürmə etmək) xidməti vasitəsilə siz plastik kartınızdan istifadə etməklə bankomat vasitəsilə istədiyiniz şəxsə pul köçürməsi edə bilərsiniz. Köçürmə edəcəyiniz şəxs hər hansı kart məlumatı daxil etmədən, mobil telefonuna daxil olan kod vasitəsilə vəsaiti əldə edə bilər.


1. Plastik kart ATM-ə daxil olunur və PİN-kod yığılır.

2. Bankomatda "Ödəmələr" bölməsi seçilir.

3. Bankomatda "Cash by code" bölməsi seçilir.

4. Məbləğ göndərmək istədiyiniz şəxsin mobil nömrəsi daxil edilir.

5. “Davam etmək” düyməsi sıxılır.

6. Mədaxil etmək istədiyiniz məbləğ daxil edilir.

7. "Təsdiq etmək" düyməsi sıxılır.

Bu məlumat Sizin üçün faydalı idi?

Cash by code (Bankomatdan köçürməni qəbul etmək)

Cash by code (Bankomatdan köçürməni qəbul etmək) xidməti hər hansı kart məlumatı daxil etmədən bankomatdan sizə köçürülən pul vəsaitini çıxarmaq funksiyasıdır.


1. Bankomatda "Kod ilə vəsait" bölməsi seçilir.

2. 1-ci kod yığılır. (Sizə göndərilib)

3. 2-ci kod yığılır. (Köçürməni edən şəxsə göndərilib)

4. Məxaric olunacaq məbləğ daxil edilir.

5. "Təsdiq etmək" düyməsi sıxılır.

Bu məlumat Sizin üçün faydalı idi?

QR kod ilə məxaric

QR kod vasitəsi ilə kart olmadan vəsaiti ATM-dən nağdlaşdırma mümkündür. 


QR kod ilə məxaric

1. Solda menyuda yerləşən “QR kod” düyməsini sıxın.

2. Nağdlaşdırmaq istədiyiniz məbləği daxil edin.

3. Vəsaiti nağdlaşdırmaq üçün Birbank tətbiqində QR kodu oxudun.

Bu məlumat Sizin üçün faydalı idi?

Kartı daxil etmədən məxaric (NFC ilə)

NFC ilə nağdlaşdırma edə biləcəyiniz ATM-lərin siyahısına buradan baxa bilərsiniz.


1. Kartınızı NFC cihazına oxudun.

2. FİN kodunuzu daxil edin.

3. Məxaric etmək istədiyiniz valyutanı seçin.

4. Məbləği daxil edin və təsdiqləyin.

5. Daxil edilmiş məbləğ üzrə vəsait ATM-dən məxaric olunur.

Bu məlumat Sizin üçün faydalı idi?

FİN-i dəyişmək

"PIN Change" ATM xidməti vasitəsiylə kart şifrəsinin dəyişdirilməsi üçün nəzərdə tutulmuş bir xidmətdir.


1. Plastik kart ATM-ə daxil olunur və PİN-kod yığılır

2. Bankomatda "PİN dəyişmək" bölməsi seçilir

3. Xidmət haqqını rüsumun təsdiqi üçün “Davam etmək” düyməsi sıxılır

4. Yeni təyin olunan FİN kod yığılır

5. Yeni təyin olunan FİN kod təkrar yığılır

6. Çek almaq istəyi seçilir

7. Prossesin sonlanması üçün “Davam etmək” düyməsi sıxılır.

Bu məlumat Sizin üçün faydalı idi?

FİN-i təyin etmək

"PIN Set" ATM xidməti vasitəsiylə yeni kart FİN-nin təyin olunması üçün nəzərdə tutulmuş bir xidmətdir.


1. Bankomatda " PİN Set "

2. Yeni təyin olunan FİN kod yığılır

3. Yeni təyin olunan FİN kod təkrar yığılır

Bu məlumat Sizin üçün faydalı idi?

Xəzri (vəsaitin alınması)

Xəzri bankda hesab açmadan fiziki şəxslər arasında sürətli pul köçürmələrinin aparılmasını təmin edir. Bu sistem Azərbaycanda yüzlərlə xidmət məntəqəsində tətbiq olunur.


1. Bankomatda sağ yuxarı düymə sıxılır

2. Bankomatda dil seçimi aparılır

3. Xəzri bölməsi seçilir

4. Köçürmə nömrəsi yığılır

5. Mobil nömrə daxil edilir

6. Telefona gələn SMS kod yığılır.

7. Vəsaiti alanın adı təsdiqlənir

8. Məbləğ daxil edilir və təsdiqlənir

Bu məlumat Sizin üçün faydalı idi?

Cash to card

Kapital Bankın "Cash In" tipli bankomatlardan istifadə edərək ölkə daxilində yerləşən istənilən bank kartına mədaxil etmək mümkündür.


1. Bankomatda "Cash to Card" bölməsi seçilir.

2. Mədaxil etmək istədiyiniz kartın üzərindəki 16 rəqəmli nömrə daxil edilir.

3. Mədaxil etmək istədiyiniz valyuta seçilir.

4. Mədaxil etmək istədiyiniz məbləğ daxil edilir.

5. "Təsdiq etmək" düyməsi sıxılır.

6. Daxil etdiyiniz məbləğ karta mədaxil olundu. Təşəkkür edirik!

Bu məlumat Sizin üçün faydalı idi?