100-qat həyat sığortası (BOX)
100-qat həyat sığortası əldə edərək bədbəxt hadisə nəticəsində ortaya çıxa biləcək risklərə qarşı həyat sığortası əldə edin.
- Təminat ərazisi Bütün dünya
- Sığorta müddəti 1 il
- Sığorta haqqı 10 AZN
Məlumatlar
- Təminat altına alınan əsas risklər:
- Bədbəxt hadisə nəticəsində sığorta olunanın ölümü- 100%;
- Bədbəxt hadisə nəticəsində sığorta olunana I dərəcə əlilliyin təyin olunması- 100%;
- Bədbəxt hadisə nəticəsində sığorta olunana II dərəcə əlilliyin təyin olunması- 80%;
- Sığorta məbləği: 1000 AZN
- Sığorta haqqı: 10 AZN
- Sığortalının yaş həddi: 18-66 yaş
- Sığorta müddəti: 1 il
Təminat ərazisi: Bütün dünya
Kapital Bank tərəfindən təklif olunan 100-qat həyat sığorta məhsulu bədbəxt hadisə nəticəsində sığorta olunanın ölümü, bədbəxt hadisə nəticəsində sığorta olunana I dərəcə əlilliyin təyin olunması, bədbəxt hadisə nəticəsində sığorta olunana II dərəcə əlilliyin təyin olunması risklərini təminat altına alır. 1000 AZN sığorta məbləği təyin olunan məhusl üçün 1 illik sığorta müddəti müəyyən olunmuşdur. 18-66 yaş aralığında bütün şəxslərin faydalana biləcəyi məhsul üzrə sığorta haqqı 10 AZN-dir və rəsmiləşdirmə zamanı kassaya nağd şəkildə ödənilir. Qeyd olunan təminatlar üzrə sığorta ödənişi sığorta hadisəsi baş verdiyi tarixdən birdəfəlik qaydada faydalanan şəxs(lər)ə ödənilir. Müəyyən edilmiş təminatlardan yalnız biri üzrə sığorta ödənişi həyata keçirildiyi təqdirdə sığortaçı müqavilə üzrə öz öhdəliklərini yerinə yetirmiş hesab edilir və müqavilə qüvvədən düşmüş hesab edilir. Sığorta müddəti ərzində baş vermiş bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin itirilməsini təsdiq edən sənəd həmin hadisənin baş verdiyi tarixdən 1 il ərzində təqdim edilərsə, sığorta ödənişi verilir. Sığorta haqqını ödəməsi ilə sığorta şəhadətnaməsinin şərtləri ilə tanış olduğu təsdiq edilir. Sığorta şəhadətnaməsinin şərtləri sığorta haqqının ödənildiyi tarixdən qüvvəyə minir.