Müştərilərdən suallar
Geriyə- Fuad Əsgərli
- Tarix: 10 Sentyabr, 2021
- 7077
- Mövzu: Depozitlər
Kapital Bankın depozit şərtləri, faizi nə qədərdir?
- Kapital Bank
- Tarix: 23 Noyabr, 2024
Kapital Bank Müddətsiz depozit və Kapital depoziti olmaqla iki adda depozit məhsulu təklif edir. Bankda depozit açmaq üçün tələb olunan minimal məbləğ Kapital depoziti üçün 500 AZN/USD, Müddətsiz depozit üçün 100 AZN/USD -dir. AZN və USD valyutasında nağd pul yerləşdirə biləcəyiniz depozitlər üçün yüksək faiz dərəcələri müəyyən edilmişdir. Kapital depoziti üçün illik faiz dərəcəsi 8%, Müddətsiz depozit üçün AZN valyutasında 1%, USD valyutasında 0.01 % olaraq təyin olunmuşdur. Yüksək faiz dərəcələri və digər üstünlüklərdən yararlanmaq üçün sizə ən yaxın filiala yaxınlaşaraq və ya 196- ya zəng edərək müraciət edin.