Müştərilərdən suallar
Geriyə- Əsma Sadıqova
- Tarix: 11 Noyabr, 2021
- 5690
- Mövzu: Kreditlər
Kapital Bankda ipateka kredit faizleri ne qederdir? Faizleri hesablamaq ucun ipateka kalkulyatoru nece istifadə edilir?
- Kapital Bank
- Tarix: 23 Noyabr, 2024
Kapital Bank ev sahibi olmaq istəyən hər kəs üçün sərfəli şərtlərlə ipoteka kreditləri təklif edir. Daxili və Dövlət ipotekası üçün illik 8%-dən başlayan, regionlarda yaşayan əhali üçün nəzərdə tutulan Regionlarda Sosial İpoteka üçün 6%-dən, güzəştli şəxslərə təqdim edilən MİDA ipotekası üçün 4%-dən başlayan faizlər tətbiq edilir. İllik faiz dərəcələrini hesablamaq üçün siz, online ipoteka kalkulyatorundan istifadə edə bilərsiniz. Bunun üçün müvafiq xanalara mənzilin dəyəri, ipotekanın müddətini, ilkin ödəniş miqdarını daxil etməyiniz kifayətdir.