Müştərilərdən suallar
Geriyə- Hacı Zəfərli
- Tarix: 1 Oktyabr, 2021
- 10237
- Mövzu: Onlayn Ödənişlər
Cərimə ödənişi üçün Birbank-dan istifadə edə bilərəmmi? Cərimələrin ödənişi funksiyasından necə istifadə edəcəm?
- Kapital Bank
- Tarix: 23 Noyabr, 2024
Bəli, Birbank mobil tətbiqi bank ödənişləri ilə birgə kommunal, dövlət, stasionar və cərimə ödənişlərinizi online şəkildə etməyinizə imkan verir. Ödənişləri etmək üçün Birbank.az, Kapitalbank.az və ya Birbank mobil tətbiqindən istifadə edə bilərsiniz.
Birbank mobil tətbiqi vasitəsiylə ödəniş etmək üçün
Tətbiqə daxil olaraq ödənişlər və köçürmələr bölməsinə keçid edib
Ödənişlər başlığı altından cərimə bölməsinə daxil olaraq
Cərimə ilə bağlı müvafiq məlumatları daxil etməyiniz yetərlidir.
Kapitakbank.az saytı vasitəsiylə ödəniş etmək üçün
Sayta daxil olaraq
Onlayn xidmətlər bölməsinə keçid edərək
Ödənişlər hissəsinə daxil olmağınız yetərlidir.
Birbank.az vasitəsiylə ödənişlərinizi həyata keçirmək üçün
Sayta daxil olaraq şəxsi kabinetə giriş etməli
Cərimə ödənişləri hissəsinə daxil olmağınız kifayətdir.