Müştərilərdən suallar
Geriyə- Aqil Babayev
- Tarix: 1 Oktyabr, 2021
- 13106
- Mövzu: Onlayn Ödənişlər
Bir kart odenis etmek isteyirem. Taksit odenisimi etmek ucun Bir kart online odeme xidmetinden nece istifade etmeliyem?
- Kapital Bank
- Tarix: 23 Noyabr, 2024
Kapital Bank ödənişlərinizi sürətli və vaxt itirmədən həyata keçirməyiniz üçün Birbank.az, Kapitalbank.az və ya Birbank mobil tətbiqini təklif edir. BirKart taksit kartı istifadəçiləri taksit ödənişləri etmək üçün onlayn ödəmə xidmətlərindən asanlıqla istifadə edə bilərlər.
Birbank mobil tətbiqinə daxil olaraq:
Kreditlər bölməsinə keçid edib
Sahib olduğunuz BirKart məhsulunu seçin
Şəxsi kabinetə daxil olaraq taksit borcunuzu öyrənə və taksit ödənişlərinizi həyata keçirə bilərsiniz.
Kapitakbank.az saytı vasitəsiylə ödəniş etmək üçün:
Sayta daxil olaraq
Onlayn xidmətlər bölməsinə keçid edərək
Ödənişlər hissəsinə daxil olmağınız yetərlidir.
Birbank.az vasitəsiylə ödənişlərinizi həyata keçirmək üçün:
Sayta daxil olaraq şəxsi kabinetə giriş etməli
Ödənişlər hissəsinə daxil olmağınız kifayətdir.