Ölkə daxili pul köçürmələri

Olke daxili pul kocurmeleri etmək artıq Xəzri pul köçürmə sistemi ilə daha sürətli və asandır. Bu sistem Azərbaycanda yüzlərlə xidmət məntəqəsi ilə sizə Azərbaycan daxili etibarlı pul köçürmələri etmək imkanı yaradır.

Birbankla istənilən karta pul köçürün!

Artıq Birbankla telefonunuzdan istənilən bank kartına asanlıqla pul göndərə bilərsiniz.

Daha ətraflı
Xəzri

Sürətli pul köçürmə sistemi

Daha ətraflı
Zolotaya Korona

Ən qısa zamanda vəsaiti lazımı ünvana çatdırmaq üçün "Zolotaya Korona" var

Daha ətraflı
Western Union

Western Union sistemi dünyada ən iri pul köçürmə sistemi olaraq, bu sahədə liderdir.

Daha ətraflı
Xəzri sistemi 2007-ci ildə yaradılmışdır. Bu sistem sizin təhlükəsiz şəkildə olke daxili pul kocurmeleri etməyinizə kömək edir. Siz bank hesabı açmadan və aşağı komissiya faizi ilə ölkədaxili pul göndərə və pul qəbul edə bilərsiniz. Bundan əlavə Xəzri sisteminin pulsuz SMS xəbərdarlıq xidməti də sizin köməyinizə çatacaqdır. Qeyd edək ki, bir əməliyyat üzrə limit 50 000 AZN və ya 20 000 USD-dir. Siz göndərilən məbləğin 1000 AZN-ə qədərini də bankomatdan əldə edə bilərsiniz. Köçürmələr barədə məlumat almaq üçün Xezri.az saytına keçid edə bilərsiniz. Xəzri pul köçürmə sistemi ilə pul məbləğini mobil tətbiqimiz, MilliÖn və terminallarımız vasitəsilə də göndərə bilərsiniz. Bununla da müştərilərimiz banka yaxınlaşmadan, istədikləri zaman və istədikləri yerdə pul köçürməsi həyata keçirə bilərlər. Əgər siz pul köçürməsini bankımızda etmək istəyirsinizsə Kapital Bankın fasiləsiz işləyən müştəri xidmətləri sizə kömək etmək üçün hər zaman hazırdır. Bunun üçün sizə ən yaxın filialımıza yaxınlaşmağınız kifayətdir.