NFC ödənişlərə 25 AZN keşbek kampaniyasının müddəti uzadıldı
Xəbər verdiyimiz kimi, Kapital Bank-ın 2 milyondan artıq yüklənən, ölkənin ən məşhur mobil tətbiqi olan BirBank tətbiqində Kapital Bank-ın Visa kartları ilə ödəniş edərək, keşbek qazanmaq mümkündür. Bu aksiya Kapital Bank-ın Visa International şirkəti ilə tərəfdaşlığı çərçivəsində təqdim olunub.
10 yanvar tarixində bitən kampaniyanın müddəti 10 aprel 2021-ci il tarixinədək uzadılıb. Qeyd edək ki, ödənişlər kampaniyanın ay üzrə son günündən (məs. 10 fevraldan) 21 iş günü sonra müştərilərin kart hesabına köçürüləcək. Şərtlərə görə, Visa kartları ilə hər biri minimum 5 manat olmaqla 10 ədəd və daha çox təmassız ödəniş edən müştərilər 25 manat keşbek qazana bilirlər. Kampaniya müddətində hər Visa kartı ilə ay ərzində 1 dəfə kampaniyadan yararlanıb, qeyd olunan məbləği qazanmaq mümkündür.
Qeyd edək ki, Android istifadəçiləri Kapital Bank-ın BirBank mobil əlavəsi vasitəsilə NFC ödənişlər üçün hər hansı bir Kapital Bank-ın Visa kartını təyin edib, telefonu POS terminala yaxınlaşdırıb, ödəniş edə bilərlər.
Xatırladaq ki, BirBank tətbiqinin 2 milyondan artıq istifadəçisi var. iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətlərdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, yerində digital kartın aktivləşdirilməsi, NFC ödənişlər, bonusların toplanması və s. Ətraflı məlumat üçün: www.birbank.az və ya 196 Məlumat Mərkəzi.