“Ürəklər”ini paylaş, hədiyyə qazan!

Birinci yerin sahibi iPhone X, ikincin sahibi iWatch 4, üçüncü yerin sahibi isə AirPods qulaqcığı qazanacaq.
28.02.2019

Kapital Bank BirBank istifadəçiləri üçün yeni hədiyyəli müsabiqə keçirir. Şərtlərə görə, sosial şəbəkə istifadəçilərinin BirBank-da topladıqları “ürəkləri” screeshoot edib, bu “ürəklər”i ən çox hansı ödənişlərdə qazandıqlarını qeyd edib, hamıya açıq formada (public) #birbank və #urekler həştəqi ilə paylaşmaq lazımdır.

13 mart saat 23:59-dək davam edəcək müsabiqənin iştirakçıları arasından, 14 mart 2019-cu il tarixində təsadüfü seçim vasitəsilə 3 qalib seçiləcək. Birinci yerin sahibi iPhone X, ikincin sahibi iWatch 4, üçüncü yerin sahibi isə AirPods qulaqcığı qazanacaq.

Məlumat verdiyimiz kimi, Kapital Bank-ın BirBank tətbiqinin istifadəçiləri POS terminal, İnternet və BirBank vasitəsilə ödənişlər edərək, “ürəklər” qismində olan bonuslar qazana bilərlər. Sonra həmin bonusları toplayıb, müxtəlif hədiyyələrə dəyişmək mümkündür.

Qeyd edək ki, BirBank vasitəsilə Kapital Bank-a aid olan kartlarla yanaşı, digər istənilən bankların kartları ilə də ödənişlər edib, bu proqrama qoşulmaq mümkündür. Bonusların hesablanması qaydası ilə saytdan tanış ola bilərsiniz – www.kapitalbank.az/tariffs.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 98 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru