Kapital Bankdan pulsuz kart

Kapital Bank VISA ödəniş kartı üzrə şərtləri sadələşdirərək, müştərilərə ödənişsiz əsasda debet kart təklif edir.
07.07.2017

Kapital Bank VISA ödəniş kartı üzrə şərtləri sadələşdirərək, müştərilərə ödənişsiz əsasda debet kart təklif edir. Belə ki, müştərilər hesaba minimum 20 AZN ilkin mədaxil etməklə xüsusi dizaynlı Visa kartını pulsuz alacaqlar. Hesaba mədaxil edilən vəsait isə daha sonra müxtəlif nağdsız ödənişlər üçün istifadə edilə və ya bankomatlarımızdan nağdlaşdırıla bilər. 

Müştərinin istəyinə əsasən bu kartı cəmi 10 dəqiqə sərf etməklə yerində adsız və ya 3 gün ərzində adlı almaq mümkündür. Kart manat, dollar və ya avro valyutasında 2 il müddətinə Kapital Bank filiallarında sifariş edilə bilər.

Kartın tarifləri barədə burada
Filiallarımızın ünvanları

Qeyd edək ki, hazırda dövriyyədə Kapital Bank-ın 3 milyona yaxın ödəniş kartı vardır. Prossesinq mərkəzinin inkişafı, həftənin bütün günləri fasiləsiz işləməsi, sabit fəaliyyət göstərməsi milyonlarla müştəriyə xidmət göstərməsində müsbət amil hesab olunur. Kapital Bank-ın ölkə üzrə 600-dək bankomatı, 9000-dək POS terminalı vardır.