Kapital Bank Müştəri Bank sistemini inkişaf etdirir

Paylaş:

2019-08-15

Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeniliklər həyata keçirir. Artıq uzun müddətdir sahibkarlar və hüquqi şəxslər üçün fəaliyyət göstərən Müştəri Bank sistemi sayəsində, müştərilər daha rahat şəkildə onlayn əməliyyatlar etmək imkanını qazanıblar.

Müştəri Bank sisteminə qoşulmaq üçün Kapital Bank filiallarına ərizə təqdim etmək və ya (+99 412) 310 09 99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Bu sistem vasitəsi ilə banka gəlmədən, zamandan və məkandan asılı olmayaraq bir sıra əməliyyatları onlayn şəkildə həyata keçirmək mümkündür.

Müştəri Bank vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: cari hesablar, ödəniş kartları, kredit, POS terminallar, depozitlərə nəzarət etmək və çıxarışlar əldə etmək, sərfəli şərtlərlə ölkə daxili milli və xarici valyutada, ölkə xarici və nağdsız mübadilə köçürmələrini yerinə yetirmək, zaman məhdudiyyəti olmadan biznes kart hesabını artırmaq və köçürmələr etmək, banka gəlmədən əmək haqqı kartları üzrə mədaxil, yeni kart sifarişi, kart müddətinin uzadılmasın, bağlanması əməliyyatlarını icra etmək.

Qeyd edək ki, Müştəri Bank sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25%-dək güzəşt əldə etmək mümkündür.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 100 filialı və 12 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.