Kapital Bank-ın kartları ilə 50 manat qazanmaq şansı

Lotereyada hər ay ölkə üzrə 600 nəfər müştərinin hər biri 50 AZN məbləğində vəsait qazanacaq.
01.02.2019

Kapital Bank-ın Visa və MasterCard kart sahibləri Mərkəzi Bankın keçirdiyi “Kartla ödə, kartla qazan” adlı lotereyada iştirak edə bilərlər. Şərtlərə görə ölkə daxilindəki POS terminallar vasitəsilə minimum 5 AZN ödəniş edən müştərilər, avtomatik olaraq lotereya iştirakçısına çevrilirlər.

30 aprel 2019-cu il tarixinədək davam edəcək lotereyada hər ay ölkə üzrə 600 nəfər müştərinin hər biri 50 AZN məbləğində vəsait qazanacaq. Ətraflı məlumat üçün – buraya klikləyin.

Qeyd edək ki, Visa və MasterCard kartlarını Kapital Bank filiallarında və ya Bankın korporativ saytından onlayn sifariş etmək mümkündür. Kapital Bank Azərbaycan manatı, ABŞ dolları və avro valyutası əsasında ödəniş kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 98 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.