MilliÖN-də Kapital Bank kartının balansını artır və hədiyyə qazan
Müştərilər lotereya müddətində Kapital Bank kartına MilliÖN ödəmə terminallarından minimum 10 AZN dəyərində mədaxil zamanı hədiyyələr qazanmaq üçün şanslar əldə edəcək.
Tarix: 15.05.2023 – 30.06.2023 (hər iki tarix daxil)
İştirak edir: Bütün Kapital Bank kartları
Şərtlər:
- Bütün eyniləşdirilmiş və mədaxil edilməsi mümkün olan Kapital Bank kartı sahibləri lotereyada iştirak edirlər (maaş kartları, Birbank debet və taksit kartları və s.);
- Kapital Bank kartına MilliÖN ödəmə terminallarından edilmiş hər 10 AZN dəyərində mədaxil müştəriyə 1 şans qazandırır. Məsələn: müştəri birdəfəlik 100 AZN mədaxil edərsə, 10 şans qazanmış olacaq;
- Lotereyada iştirak üçün ancaq MilliÖN terminalında Kapital Bank pəncərəsindəki "Kart hesabının artırılması" vasitəsilə minimum 10 AZN mədaxil etmək lazımdır. Yəni həmin pəncərədə olan digər ödənişlər - "Kredit ödənişi", "Cari hesabın artırılması", "Əmanətin artırılması" və "Bank rüsumlarının ödənişi" üzrə edilmiş ödənişlər müştəriyə lotereyada iştirak şansı qazandırmır.
- Kapital Bank kartına 10 AZN-dən aşağı məbləğdə mədaxil müştəriyə şans qazandırmır;
- Digər ödəmə terminallarından kart balansının artırılması müştəriyə şans qazandırmır;
- MilliÖN saytından, mobil tətbiqindən və ya ödəmə terminalından edilən kredit ödənişləri müştərilərə şans qazandırmır;
- Müştərilərin lotereyada şans sayları limitlənməyib;
- Müştərilər əgər həftə ərzində şans qazanıblarsa, onlara həftənin cümə, şənbə və ya bazar günləri hər kart üzrə toplam şanslarının sayı barədə SMS və ya Birbank tətbiqində bildiriş göndəriləcək;
- Lotereyada yalnız 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər;
- PashaPay və Kapital Bank əməkdaşları (rəhbər şəxslər və işçilər) lotereyada iştirak etmirlər;
- Müştərinin bir neçə Kapital Bank kartı varsa, hər biri lotereyada iştirak edəcək, yəni qaliblər yekunda kart hesabı üzərindən seçiləcək;
- Bir ədəd kart lotereyada maksimum bir dəfə qalib ola bilər;
- Bir müştəri hər kartı üzrə 1 dəfə olmaqla bir neçə dəfə qalib ola bilər;
- Qaliblər lotereya bitdikdən sonra təsadüfi üsulla seçiləcək.
- Qaliblərin seçilməsi MilliÖN və Kapital Bank-ın sosial media səhifələrindən canlı yayımlanacaq.
- Qaliblər 14 iyul, saat 16:00-da təsadüfi seçimlə seçiləcək.
Toyota Corolla avtomobili - 1 ədəd iPhone 14 Pro 128 GB - 5 ədəd iPad (10th Generation) 64 GB Wi-Fi - 10 ədəd |
Cari iş günündə edilən mədaxil əməliyyatına uyğun şanslar həmin günün sonunda və ya növbəti iş günlərində hesablanır. Həftəsonu və qeyri-iş günlərində edilən mədaxil əməliyyatına uyğun şanslar isə növbəti iş günlərində hesablanır. |