Kapital Bank səhmdarlarına dividend ödəyəcək

Paylaş:

2020-10-01
Kapital Bank dividendlərin növbəti hissəsinin 2021-ci ilin yanvar ayında ödənilməsi ilə bağlı Səhmdarlarının Ümumi Yığıncağının iclasını çağırır.

Məlumat üçün bildiririk ki, hər ilin maliyyə göstəricilərinin yekunlarına əsasən Kapital Bank səhmdarlarına əldə etdiyi mənfəətdən dividendlər ödəyir.

2020-ci il ərzində də Kapital Bank 2019-cu ilin mənfəətinə əsasən səhmdarlarına dividendlər ödəyib. Ölkədə pandemiya olduğuna baxmayaraq, cari ilin may, iyun, iyul, avqust və sentyabr aylarına əsasən səhmdarlara ümumilikdə 112 milyon manat dividend ödəyib. Bu məbləğin 6 milyonu imtiyazlı səhmlərin üzərinə düşür. 

Kapital Bank dividendlərin növbəti hissəsinin 2021-ci ilin yanvar ayında ödənilməsi ilə bağlı Səhmdarlarının Ümumi Yığıncağının iclasını çağırır. Bununla əlaqədar səhmdarlar, qeyd olunan vaxtda əvvəlki qaydada bankın filiallarına müraciət edə bilərlər.

Qeyd edək ki, Kapital Bank-ın səhmlərinin 99.87%-i Paşa Holdinq-ə, 0,13%-i isə fiziki şəxslərə aiddir. Bankın nizamnamə kapitalı 245.8 mln. AZN-dir. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur.