BirBank istifadəçiləri onlayn ödənişlər zamanı hədiyyələr qazanacaqlar
BirBank 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə milyonlarla istifadəçiləri üçün yeni fürsətlər təqdim edir. Belə ki, tətbiq vasitəsilə onlayn ödənişlər edən istifadəçilər müxtəlif hədiyyələr və kuponlar əldə edə biləcəklər.
Şərtlərə görə, BirBank vasitəsilə minimum 20 manatlıq hər kommunal, stasionar telefon, İnternet, TV və mobil ödənişlər edənlər pulsuz danışıq dəqiqələri, mobil İnternet meqabaytları, bonus “ürəklər”, endirimlər, hədiyyə kuponları, yemək menyuları və digər maraqlı hədiyyələr əldə edəcəklər.
Kampaniya müddətində aşağıdakı hədiyyələr təqdim ediləcək:
• KargoFly-dan 6.80 AZN dəyərində çatdırılma xidmətinə balans;
• 189 TAXI-dən 5 AZN-lik pulsuz gediş;
• Zəfəran Aptekdən COVİD-lə mübarizə paketi (Respirator Maska KN95 FFP2 və Spirt 95% 100ML) ;
• Wolt-dan ümumi məbləğə 5 AZN dəyərində endirim;
• Pizza Mizza-dan 8.90 AZN-dək istənilən pizza hədiyyə;
• KFC-dən pulsuz Doyumlu menyu (tvister, fri kartofu orta, orta içəcək) ;
• Bakcell-dən şəbəkədaxili pulsuz 30 danışıq dəqiqəsi;
• Azercell-dən şəbəkədaxili pulsuz 30 danışıq dəqiqəsi;
• Bakcell-dən pulsuz 50 MB;
• Azercell-dən pulsuz 50 MB;
• BirBank-da 10 000 bonus ÜRƏK hədiyyə;
• Pulsuz BirKart Umico Debet kartı (kartın müddəti: 3 il).
Qeyd:
- Bir BirBank istifadəçisi kampaniya çərçivəsində maksimum 15 hədiyyə qazana bilər;
- Bir ədəd kart ilə aparılan əməliyyatlara görə maksimum 15 hədiyyə qazanıla bilər;
- Bir BirBank istifadəçisi kampaniya çərçivəsində mobil ödənişlərə görə maksimum 4 hədiyyə qazana bilər;
- Bir ədəd kart ilə mobil ödəniş əməliyyatlarına görə maksimum 4 hədiyyə qazanıla bilər.
Ödənişlər həyata keçən kimi, BirBank istifadəçisi hədiyyənin promo-şifrəsini dərhal BirBank vasitəsilə bildiriş formasında alacaq. Həmin kuponlar kampaniya bitdikdən sonra əlavə 1 ay müddətinə qüvvədə olacaq. Aksiya 5 yanvar 2021-ci il tarixinədək (5 yanvar daxil) davam edəcək.
Xatırladaq ki, ölkə üzrə ən məşhur olan BirBank tətbiqinin 1 milyondan artıq istifadəçisi var. iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, tətbiqə istənilən bankların ödəniş kartlarını əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonuslarını idarə edilməsi və s. Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi.