BirKart-la ADNSU-da təhsil haqqını hissə-hissə ödəmək olar

Paylaş:

2019-09-30

Ölkədə təhsil sahəsinin inkişafına və bir sıra iri layihələrin keçirilməsinə dəstək olan Kapital Bank növbəti yeniliyini müştərilərə təqdim edib. Yeni aksiyadan övladı, özü və ya yaxını Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təhsil alan BirKart taksit kart sahibləri yararlana bilər.

Şərtlərə görə, 10 oktyabr 2019-cu il tarixinədək, ADNSU-da ödənişli əsasla təhsil alan tələbələr illik təhsil haqqını 12 aylıq taksitlə (bərabər hissələrlə) ödəyə bilərlər. Ödənilən məbləğə heç bir komissiya və ya əlavə faiz hesablanmır. Bunun üçün illik ödəniş haqqını universitetdə olan Kapital Bank POS terminalı vasitəsilə BirKart-la ödəmək lazımdır.

Qeyd edək ki, BirKart-ın 3 növü var – taksit, taksit/cashback və taksit/miles. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən 30%-dək Cashback imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur.

BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə və ya (+994 51) 250 99 99 nömrəsinə WhatsApp vasitəsilə müraciət etmək olar. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 100 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir.