Kapital Bank filiallarında bağlanan bankların əmanətləri qaytarılır

Tələbin ödənilməsinə 16 oktyabr 2019-cu il tarixindən başlanılıb.
16.10.2019

Məlumat üçün bildiririk ki, Əmanətlərin Sığortalanması Fondunun ləğv prosesində olan Atrabank, Royalbank, Kredobank, Zaminbank, Bank of Azerbaijan, Qafqaz İnkişaf Bankı, Bank Standard, Yunayted Kredit Bank, Texnikabank, Dəmirbank və Gəncəbank-da fiziki şəxslərin 17 000 manat ekvivalentinədək kreditor tələbinin ödənilməsi Kapital Bank filialları vasitəsilə 16 oktyabr 2019-cu il tarixindən başlanıb.

Ləğv prosesində olan banklarda kreditor tələbi olan fiziki şəxslər Kapital Bank-ın siyahı üzrə filiallarına şəxsiyyətlərini təsdiq edən sənədlə müraciət edə bilərlər. Kreditor tələbinin ödənilməsi nağdsız qaydada həyata keçirilir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 100 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.