“Xəzri” sistemi üzrə tərəfdaşların sırası genişlənir

Kapital Bank “Xəzri” təcili pul köçürmələri üzrə tərəfdaşların sayını artırmaqda davam edir.
12.10.2016

Azərbaycanla yanaşı həmçinin Rusiya, Ukrayna, Tacikistan və Gürcüstan kimi ölkələrin banklarında bu sistem mövcuddur.

“Xəzri” vasitəsilə pul köçürmələri etmək çox rahat və sərfəlidir. Cəmi 5 dəqiqə ərzində hesab açmadan həm ölkə daxilində, həm də yuxarıda sadalanan ölkələrə pul göndərmək əlverişlidir. Köçürmələrə görə minimum 0,8%-dən başlayan komissiya haqqı tutulur. Müştərilər ölkədaxili göndərilən pul vəsaitini 24 saat ərzində Kapital Bank bankomatlarından komissiyasız nağdılaşdıra bilərlər.

Qeyd edək ki, ölkədə Ata Bank, AFB Bank və VTB-Azərbaycan bu sistemə qoşulan tərəfdaşlar sırasındadır. Müştərilər bu bankların filiallarında da “Xəzri” vasitəsilə köçürmələrin həyata keçirə bilərlər.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.