“Ümumrespublika Yaşıllaşdırma Marafonu”

Kapital Bankın filial və şöbələrində də Baş ofis və həyətyanı sahələri olan filiallarında yeni ağac və gül kolları əkilmiş, mövcud yaşıllıq sahələrinə qulluq edilmişdir.
29.04.2015

Heydər Əliyev fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün təsisçisi Leyla Əliyevanın layihəsi əsasında noyabr ayının əvvəlindən ölkəmizdə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” na start verilmişdir. Marafonun əsas məqsədi yaşıllıq sahələrinin azalmasının yarada biləcəyi təhlükələrin qarşısını almaq, yeni-yeni ağacların, gül kollarının əkilməsini təbliğ etmək və cəmiyyətin diqqətini ətraf mühitin mühafizəsinə yönəltməkdir.

Sözügedən “Ümumrespublika Yaşıllaşdırma Marafonu” ilə əlaqədar olaraq Kapital Bankın filial və şöbələrində də Baş ofis və həyətyanı sahələri olan filiallarında yeni ağac və gül kolları əkilmiş, mövcud yaşıllıq sahələrinə qulluq edilmişdir. Qeyd edək ki, aksiyaya Kapital Bankın həyətyanı sahələri olan 63 Bakı və regional filialı qoşulmuşdur.