Talassemiyalı uşaqlar üçün qanvermə aksiyası

Kapital Bank Korporativ Sosial Məsuliyyət layihələrindən daha birini həyata keçirib.
05.02.2016

Bu dəfə Bankın əməkdaşları talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyasında iştirak ediblər. Azərbaycan Talassemiya Federasiyası İctimai Birliyi ilə birgə təşkil olunan aksiyada Bankın baş ofisi və şəhər filiallarından 100-dən çox əməkdaş təşəbbüs göstərib.

“Bu aksiyalar mütəmadi olaraq həyata keçirilir. Körpələrimizin sağlam gələcəyi naminə belə sosial tədbirlərin keçirilməsini vacib hesab edirik. Talassemiyalı körpələrin qana olan ehtiyaclarını ödəmək üçün belə tədbirlərin gələcəkdə də keçirilməsi nəzərdə tutulur”, - deyə Kapital Bankın departament direktoru Günel Fərzəliyeva bildirib.

Azərbaycanda ən geniş filial şəbəkəsinə malik Kapital Bank ötən illərdə olduğu kimi, bu il də öz ənənəsinə sadiq qalıb. Kapital Bank ailəsi gələcəyimiz olan körpələri yaddan çıxarmamağa, hər kəsi belə xeyirxah aksiyaya qoşulmağa və uşaqlara yardım etməyə çağırır.