Şənbə günləri bəzi filiallarımız sizin xidmətinizdə olacaq

Bəzi filiallarımızda şənbə günlərində yarım gün olmaqla iş günü olacaq.


08.09.2017

Müştərilərimizin təkliflərini nəzərə alaraq 26 avqust 2017-ci il tarixindən etibarən aşağıda adları qeyd olunan filiallarda şənbə günlərində yarım gün olmaqla iş günü olacaq.

  • Abşeron filialı;
  • Binəqədi filialı;
  • Qara Qarayev filialı;
  • Şuşa filialı;
  • Sumqayıt filialı;
  • Gəncə filialı;
  • Masallı filialı;
  • Xəzər filialı;
  • Bərdə filialı;
  • Sabirabad filialı;

Şənbə günü müştərilərə aşağıdakı əməliyyatlar üzrə saat 10:00-dan 14:00-dək xidmət göstəriləcəkdir: 

  • Kredit rəsmiləşdirilməsi;
  • Depozit rəsmiləşdirilməsi;
  • Fiziki şəxslərin kart sifarişi;
  • Fiziki və hüquqi şəxslərə hesabların açılması;
  • Plastik kartın filialda təhvil verilməsi;
  • Valyuta mübadiləsi;
  • Kassa əməliyyatları (Asan qəbz əməliyyatları istisna olmaqla);
  • Fiziki və hüquqi şəxslərin hesabları üzrə bütün növ əməliyyatlar;
  • Depozit seyfləri üzrə əməliyyatlar;
  • Pos-terminal sifarişlərinin qəbulu;