Səhmdarlarının növbəti iclası keçirilib

18 may 2016-cı il tarixində Kapital Bank-ın Baş ofisində keçirilən Bankın Səhmdarlarının növbəti ümumi yığıncağının qərarına əsasən 01 iyun 2016-сı il tarixindən etibarən Bankın 18 may 2016-cı il tarixinə olan səhm sahiblərinə dividentlərin ödənilməsinə başlanacaq.
25.05.2016

Dividentləri almaq üçün Bakı şəhərində yaşayan səhmdarlar Bakı şəhəri, Füzuli küçəsi 71 ünvanına, respublikanın digər şəhər və rayonlarında yaşayan səhmdarlar isə Kapital Bank-ın yerli filiallarına şəxsiyyəti təsdiq edən sənədlə müraciət edə bilərlər.