SOCAR istiqrazlarını filiallardan əldə etmək mümkündür

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin gəlir gətirən istiqrazlarını Kapital Bank-ın bütün filiallarından əldə etmək mümkündür. Bu barədə istiqrazların təqdimatı ilə bağlı keçirilən mətbuat konfransında məlumat verilib.
19.09.2016

Mərasimdə SOCAR prezidenti Rövnəq Abdullayev, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı, prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov, Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev, millət vəkilləri, dövlət rəsmiləri, ictimai xadimlər və digər qonaqlar iştirak edib.

20 sentyabr – Neftçilər Günündə satışa çıxarılacaq 5 illik SOCAR istiqrazları daxili bazarda yerləşdirmək üçün nəzərdə tutulub. Emissiyanın həcmi 100 milyon ABŞ dolları, aksiyanın qiyməti isə 1 min ABŞ dolları təşkil edir. İllik 5% gəlir gətirən istiqrazları 10 oktyabradək əldə etmək lazımdır. Alıcılar Azərbaycan Respublikasının vətəndaşları və yerli şirkətlər ola bilər.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.