Novruz aksiyası!

“Kapital Bank”da Novruz Bayramı münasibətilə yeni bayram aksiyası başlanıb. Martın 9-dan 19-dək Bankdan “Gündəlik tələbat krediti” məhsulu üzrə kredit əldə edən müştərilərə güzəşt tətbiq ediləcək.
09.03.2016

Belə ki, həmin müddət ərzində nağd pul krediti almaq üçün "Kapital Bank"a müraciət edən hər bir müştəri kreditin illik faiz dərəcəsində 2%-ə qədər endirim qazanacaq.

Kapital Bankdan maaş və pensiya kart sahibləri “Gündəlik tələbat krediti” növü üzrə 15000 manatadək nağd pul krediti əldə edə bilərlər. Kampaniya müddətində kreditlər 19%-dən başlanan illik faizlə, 36 ayadək müddətə təqdim olunur. Üstəlik, kreditlərin aylıq ödənilməsi də çox rahatdır. Ödənişləri bankın filial və şöbələri ilə bərabər, banka gəlmədən www.kapitalbank.az internet saytı vasitəsilə onlayn rejimdə də həyata keçirmək mümkündür.

Müştərilər bu sərfəli krediti "Kapital Bank"ın filiallarında həftəiçi hər gün saat 09:00-dan 17:00-a qədər ala bilərlər. Əlavə olaraq, www.kapitalbank.az saytı vasitəsilə də kredit üçün müraciət etmək mümkündür.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik "Kapital Bank" 89 filialı və 4 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli Sorğu Mərkəzinə və bankın sosial şəbəkələrdə olan rəsmi səhifələrinə müraciət etmək olar.