Müəllimlərə şad xəbər!

“Kapital Bank” ASC 5 oktyabr beynəlxalq müəllimlər günü ilə əlaqədar təhsil işçiləri üçün “Müəllimlər üçün dəyər!” adlı endirim kampaniyasına start verib.
28.09.2015

2015-ci ilin sentyabrın 28-dən oktyabrın 17-dək davam edəcək kampaniya çərçivəsində müəllimlər 15000 AZN-dək 0% komissiyalı “Gündəlik tələbat” kreditindən yararlana biləcəklər. Kreditin müddətindən asılı olmayaraq illik faiz dərəcəsi 27% təşkil edir.

“Müəllimlər üçün dəyər!” kampaniyası haqqında daha ətraflı məlumat əldə etmək üçün www.kapitalbank.az saytına, 196 nömrəli Sorğu Mərkəzinə və Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 89 filialı və 5 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir.