Mərkəz filialında müştərilərimizi belə qarşıladıq

Kapital Bank-da İlaxır Çərşənbə!
14.03.2017

Kapital Bank 14 mart tarixində - İlaxır Çərşənbə günü Mərkəz filialında müştərilər üçün bayram ab-havası təşkil edib. Bankın filialı Novruz münasibətilə bəzədilib, əməkdaşlar müştərilərə milli geyimlərdə xidmət göstəriblər. Filiala gələn müştərilərə müxtəlif bayram şirniyyatları verilib, həmçinin xüsusi stenddə şəkil çəkdiriblər.

Kapital Bank Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edir, uzun ömür, can sağlığı və yeni nailiyyətlər arzulayır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 4 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.