Kredit faizlərinə böyük endirim edəcək!

Kapital Bankın artıq bir aydan çox müddətdə həyata keçirdiyi kredit kampaniyası uğurla davam edir. Kampaniyanın populyarlığının əsas səbəbi kreditlərin faiz dərəcələrində faiz artımı olmadan əhaliyə verilən nağd kreditlərə görə tutulan komissiyanın ləğv edilməsi (12 aya qədər olan kreditlər üzrə) olmuşdur.
10.07.2015

Kapital Bankın artıq bir aydan çox müddətdə həyata keçirdiyi kredit kampaniyası uğurla davam edir. Kampaniyanın populyarlığının əsas səbəbi kreditlərin faiz dərəcələrində faiz artımı olmadan əhaliyə verilən nağd kreditlərə görə tutulan komissiyanın ləğv edilməsi (12 aya qədər olan kreditlər üzrə) olmuşdur. Əvvəldən iyun ayının sonuna qədər nəzərdə tutulan kampaniyanın müştərilərin böyük marağı və müraciətlərin çoxluğu səbəbindən daha 15 gün uzadılmasına qərar verilmişdir.

“Müştərilərimizə təqdim etdiyimiz məhsul və xidmətlərin hazırlanması və təkmilləşdirilməsi üzərində böyük bir komanda çalışır. Bizim üçün müştərilərin istək və ehtiyacları, prioritetləri, davranışları və seçim meyarlarının təhlili çox əhəmiyyətlidir. Biz inanırıq ki, yalnız dərin təhlillər nəticəsində hazırladığımız məhsul və kampaniyalar bizə uğur gətirə bilər. 0% komissiyalı kreditlər kampaniyasının müvəffəqiyyət qazanması da bu baxımdan təsadüfi deyil. Təhlillərimizin hərtərəfli və bazarın mövcud vəziyyətinə uyğun aparılması üçün AR Mərkəzi Bankının mütəmadi hesabatları və tövsiyyələri də mühüm rol oynayır. Biz əsas hədəfimiz kimi müştərilərimizin məmnuniyyətini təmin etməklə yanaşı, ölkədə sistem formalaşdıran banklardan biri kimi ölkə iqtisadiyyatının inkişafına və sosial-iqtisadi göstəricilərimizinyüksəlməsinə də öz töfhəmizi vermək məsuliyyətini daşıyırıq.” deyə Kapital Bankdan bildiriblər.

Yaxın gələcəkdə Kapital Bank müştərilər üçün daha da sərfəli olan kampaniyaların keçirilməsini planlaşdırır. Nəzərdə tutulan güzəştlər arasında kreditlər üzrə faizlərin azaldılması, ödəniş qrafikinin asanlaşdırılması və digər üstünlüklər tətbiq olunacaqdır. Artıq indidən məlumdur ki, Kapital Bank yaxın günlərdə təqdim edəcəyi yeni kampaniyada kredit faizlərinə böyük endirim etməklə illik faiz dərəcəsini cəmi 19-29%, kredit komissiyalarını isə 0-1% təyin edəcəkdir. Bununla yanaşı, bütün kreditlər manatla veriləcək!