Kapital Bankla yeni avtomobil sahibi olun!

Kapital Bank “Toyota” və "Volkswagen" markalı minik avtomobillərinin Azərbaycandakı rəsmi dilerləri ilə birgə əməkdaşlığı çərçivəsində həmin markalı avtomobillər üçün sərfəli şərtlərlə kreditlər təklif edir.
28.10.2015

Şəxsi avtomobil sahibi olmaq hər kəsin arzusudur. Arzularınızın çin olması üçün Kapital Bank əla fürsət yaradıb. Kapital Bank “Toyota” və "Volkswagen" markalı minik avtomobillərinin Azərbaycandakı rəsmi dilerləri ilə birgə əməkdaşlığı çərçivəsində həmin markalı avtomobillər üçün sərfəli şərtlərlə kreditlər təklif edir. Əldə edilən avtomobilin dəyərinin 40-50 faizi həcmində ilkin ödəniş etməklə, Kapital Bankdan 12 aydan 36 ay müddətinədək kredit almaq mümkündür. Kredit həm ABŞ dolları, həm də Azərbaycan manatı ilə verilir. Sözügedən kreditlər Kapital Bankın 1 saylı Xətai və Rabitə filiallarında rəsmiləşdirilir.

Avtomobil krediti səhifəsi

Gələcəkdə Kapital Bank bir sıra avtomobil istehsalçılarının ölkəmizdəki rəsmi dilerləri ilə əməkdaşlığını genişləndirməklə, avtomobil həvəskarları üçün digər markalı avtomobilləri də kreditlə əldə etmək imkanı yaradacaq.

Dünyanın ən böyük avtomobil istehsalçısı olan “Toyota” brendi nəhəng 500 şirkət arasında ilk onluqda yer alır. 1937-ci ildə yaradılan Toyota şirkətinin Azərbaycanda rəsmi dileri Toyota Bakı Mərkəzidir. Modellərinin keyfiyyət, möhkəmlik və etibarlılıq xüsusiyyətləri ilə fərqlənən “Toyota” avtomobilləri bütün dünyada müştərilərin rəğbətini qazanmış brendə çevrilib. “Volkswagen”-in yaranma tarixi də 1937-ci ilə təsadüf edir. Şirkətin baş ofisi Almaniyanın Volfsburq şəhərində yerləşir. Alman dilində "xalq avtomobili" mənasını daşıyan “Volkswagen” markası eyniadlı konsernin ən çox satılan nəqliyyat vasitəsidir. Ötən il “Volkswagen” konserni 10 milyona yaxın avtomobil istehsal etməklə, dünya bazarında avtomobilə olan tələbatın 11.6 %-ni qarşılayıb. “Volkswagen” avtomobillərinin Azərbaycanda rəsmi idxalçısı “Euro Style LTD” şirkətidir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 89 filialı və 5 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Kapital Bankın müştəriləri kredit ödənişlərini “e-pul.az”, “kassam.az”, “hesab.az” portalları ilə yanaşı “eManat” və “MilliÖn” terminallarında, habelə Kapital Bankın filiallarında və pay.kapitalbank.az saytında həyata keçirə bilərlər. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli Sorğu Mərkəzinə və Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.