Kapital Bankdan növbəti yenilik: Human Kapital Center

Kapital Bankda Human Kapital Center-in açılışı olub. Mərkəzin əsas missiyası biznes tələblərinə, Bankın strateji məqsədlərinə uyğun peşəkar komandanın formalaşdırılmasıdır.
21.11.2014

Kapital Bankda Human Kapital Center-in açılışı olub. Mərkəzin əsas missiyası biznes tələblərinə, Bankın strateji məqsədlərinə uyğun peşəkar komandanın formalaşdırılmasıdır. Human Kapital Center korporativ təlim və inkişaf sisteminin qurulmasını və təkmilləşdirilməsini, korporativ mədəniyyətin yüksəlişini təmin edir. İstedadlı kadrların axtarışını, işə qəbulunu həyata keçirir. İşçilərin karyera irəliləyişinə dəstək verir. Əməkdaşların peşəkarlıq səviyyəsini daim inkişaf etdirməklə Bankın Baş ofisinin və filial şəbəkəsinin peşəkar kadrlara olan ehtiyaclarını təmin edir.

Açılış mərasimində Human Kapital Center-in fəaliyyət istiqamətlərini əks etdirən təqdimat keçirilib.

Kapital Bankın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev komandanın peşəkar inkişafının Kapital Bank üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib: “Kapital Bank ümumi maraqlar ətrafında birləşmiş peşəkarlardan ibarət komanda formalaşdırır. Komanda ruhunun yüksəlişi, əməkdaşların fəaliyyətinin stimullaşdırılması bizim üçün çox mühümdür. Ümid edirik ki, Human Kapital Center Kapital Bankın öz strateji hədəflərinə çatmasına böyük töhfələr verəcək”. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 89 filialı və 8 şöbəsi ilə hər zaman xidmətinizdədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli Müştəri Xidmətinə və Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.