Kapital Bankdan daha bir uğurlu KSM layihəsi

Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış Xocalı köçkünlərinin içməli su probleminin həllinə kömək üçün Kapital Bankın maliyyə dəstəyi ilə inşa edilmiş yeni su hövzəsinin açılışı olub.
15.09.2014

Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış Xocalı köçkünlərinin içməli su probleminin həllinə kömək üçün Kapital Bankın maliyyə dəstəyi ilə inşa edilmiş yeni su hövzəsinin açılışı olub. Açılış mərasimində Xocalı rayon icra hakimiyyəti təmsilçiləri, Kapital Bank nümayəndələri, Aşağı Ağcakənd qəsəbəsi sakinləri iştirak edib.
Bankın bu nəcib təşəbbüsü yerli sakinlər tərəfindən təqdir olunub. Bildirilib ki, istifadə edilən köhnə su hövzəsi təmirsiz olduğundan ərazidə içməli su ilə bağlı müəyyən çətinliklər vardı. İndi Xocalı köçkünləri Kapital Bankın onlara hədiyyə olaraq inşa etdiyi yeni su hövzəsindən faydalana biləcəklər.

Bankın Marketinq və PR departamentinin direktoru Vüsal Nağıyev Kapital Bankın sosial məsuliyyət layihələrinin müxtəlif sahələri əhatə etdiyini bildirib. Qeyd edib ki, dövlət rəhbərliyinin həyata keçirdiyi regional inkişaf siyasətinə dəstək olaraq Aşağı Ağcakənd qəsəbəsində Kapital Bankın köməyi ilə yeni su hövzəsinin tikintisi də bu layihələrdən biridir. Kapital Bank bu cür sosial məsuliyyət layihələrini gələcəkdə də davam etdirməkdə qərarlıdır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 89 filialı və 8 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli Müştəri Xidmətinə və Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək mümkündür.