Kapital Bankda yeni kredit imkanları

Kapital Bank nağd pul kreditləri üzrə yay kampaniyasına start verib.
01.07.2014

Kapital Bank nağd pul kreditləri üzrə yay kampaniyasına start verib. 01 iyul tarixindən 31 iyul tarixinə qədər nağd pul krediti almaq üçün Kapital Banka müraciət edən hər bir müştəri indi 36 ayadək müddətə, maksimim 10.000 manata qədər kredit ala bilər. İllik faiz dərəcəsində də böyük endirim var. Kredit indi 24 yox, cəmi 14 faizdən başlanan faizlərlə verilir. Üstəlik, kampaniya dövründə kredit alan müştərilər aylıq borclarını kredit veriləndən 3 ay sonra ödəməyə başlaya bilərlər.

Kapital Bank nağd pul kreditlərini ilkin mərhələdə özünün maaş və pensiya kart sahibləri üçün düşünüb. Kreditlər zaminsiz, girovsuz və iş yerindən arayış təqdim olunmadan verilir. Kreditlərin aylıq ödənilməsi də çox rahatdır. Ödənişləri Bankın filial və şöbələri ilə bərabər, Banka gəlmədən www.kapitalbank.az internet saytı vasitəsilə online rejimdə və MilliÖN şəbəkəsi vasitəsilə də həyata keçirmək mümkündür. Müştərilər bu sərfəli krediti Kapital Bankın filiallarında həftəiçi hər gün saat 9:00-dan 17:00-a qədər, şənbə günləri isə 10:00-dan 14:00-a qədər ala bilərlər. Əlavə olaraq, digər banklarda aktiv öhdəliyi olan müştərilərə də kredit verilir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 89 filialı və 10 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli Müştəri Xidmətinə və Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.