Kapital Bank müştəriləri üçün “KapitalBonus”

Müştərilərinə hər zaman dəyər verən Kapital Bank onlar üçün “KapitalBonus” layihəsinin tətbiqinə başlayıb. Azərbaycanda ən böyük müştəri bazasına malik olan Kapital Bankın 2 milyon 200 min nəfərdən çox aktiv kart sahibləri bu imkandan faydalana biləcəklər.
17.10.2014

Müştərilərinə hər zaman dəyər verən Kapital Bank onlar üçün “KapitalBonus” layihəsinin tətbiqinə başlayıb. Azərbaycanda ən böyük müştəri bazasına malik olan Kapital Bankın 2 milyon 200 min nəfərdən çox aktiv kart sahibləri bu imkandan faydalana biləcəklər. Belə ki, layihə Bankın bütün ödəniş kartı sahibləri üçün nəzərdə tutulub.

Layihə 2 istiqaməti əhatə edir. Kapital Bankın kart sahibləri həm ölkə daxilində, həm də dünyanın istənilən ölkəsində Kapital Bankın kartları ilə alış-veriş edən zaman Bank öz komissiya gəlirlərinin bir hissəsini müştərinin kart hesabına geri qaytarır. Başqa sözlə, hər şey əvvəlki qaydada baş verir, müştəri heç nə itirmir, əksinə Kapital Bank öz gəlirini müştəriləri ilə paylaşmaqla xidmətlərinə əlavə dəyər qatır.

Layihənin ikinci istiqamətində isə Kapital Bank Azərbaycan daxilində fəaliyyət göstərən müxtəlif ticarət, xidmət, ictimai-iaşə müəssisələri ilə anlaşaraq özünün kart sahiblərinə xüsusi güzəştlər tətbiq edir. Beləliklə, Kapital Bankın kart sahibləri bankın partnyorluq etdiyi ticarət və xidmət şəbəkələrində ödəniş apararkən 2%, 3%, 10% və s. həcmində bonus qazanırlar. Bonus məbləği, əməliyyat gününün səhəri müştərinin kart hesabına nağd pul şəklində geri qaytarılır. Layihə yeni başlansa da, artıq 100-dən çox ticarət və xidmət nöqtəsində “KapitalBonus” güzəştləri tətbiq olunur. Partnyorların siyahısı və “KapitalBonus” layihəsi üzrə aktiv kampaniyalar barədə www.kapitalbonus.az saytından ətraflı məlumat əldə etmək olar.

Kapital Bankın İdarə Heyəti sədrinin I müavini Fərid Məmmədov bildirib ki, bu, müştərilər üçün bir loyallıq proqramıdır: “Müştəri məmnuniyyəti bizim çox önəmlidir. Apardığımız bazar araşdırmaları ilə müştərilərimizin istək və ehtiyaclarını təhlil edərək onlar üçün maraqlı olan prioritet istiqamətlər müəyyənləşdirməyə çalışdıq. Hazırda “KapitalBonus” layihəsi bir sıra tibb müəssisələrində, məişət texnikası, geyim və s. mağazalarında tətbiq olunur. Gələcəkdə partnyorlarımızın sayının və fəaliyyət sahəsi üzrə xidmət çeşidinin artırılmasını nəzərdə tuturuq”.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 89 filialı və 8 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli Müştəri Xidmətinə və Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək mümkündür.