Kapital Bank-ın Visa kartları ilə “Qazandıran xərclər”

30 iyun 2017-ci il tarixinədək davam edəcək lotereyada hər gün 5 nəfər müştərinin hər biri 50 AZN məbləğində vəsait qazanacaq
01.05.2017

Kapital Bank-ın Visa kart sahibləri “Qazandıran xərclər” adlı lotereyada iştirak edə bilərlər. Şərtlərə görə ölkə daxilindəki POS terminallar vasitəsilə minimum 1 AZN ödəniş edən müştərilər, qəbzin üzərindəki 6 rəqəmli avtorizə şifrəsini www.kapitalbank.az/visa-campaign saytında olan müvafiq bölmədə qeydiyyatdan keçirərək, lotereyada iştirak edə bilərlər.

30 iyun 2017-ci il tarixinədək davam edəcək lotereyada hər gün 5 nəfər müştərinin hər biri 50 AZN məbləğində vəsait qazanacaq. Lotereyanın sonuncu tirajında isə 1 müştəri 1000 AZN qazana biləcək.

Qeyd edək ki, Visa kartlarını Kapital Bank filiallarında və ya Bankın korporativ saytından onlayn sifariş etmək mümkündür. Kapital Bank Azərbaycan manatı, ABŞ dolları və avro valyutası əsasında ödəniş kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 91 filialı və 5 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.