Kapital Bank-ın səhmdarlarının yığıncağı keçiriləcək

4 aprel 2017-ci il saat 11:00-da İzmir Plazada (İzmir küçəsi 23/25) Bankın Səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək.
08.02.2017

4 aprel 2017-ci il saat 11:00-da İzmir Plazada (İzmir küçəsi 23/25) Bankın Səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək. Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

  • “Kapital Bank” ASC-nin Nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi
  • “Səhmdarların ümumi yığıncağının çağrılması və keçirilməsi Qaydaları”nın təsdiq edilməsi
  • “Hesablama Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi
  • “Kapital Bank” ASC-nin Müşahidə Şurasının Əsasnaməsinə əlavə və dəyişikliklərin edilməsi
  • “Kapital Bank” ASC-nin Müşahidə Şurasının tərkibində dəyişikliklərin edilməsi
  • “Kapital Bank” ASC-nin 2016-cı ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq olunması
  • “Kapital Bank” ASC tərəfindən 2016-cı ilin maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi
  • Digər məsələlər