Kapital Bank ilə “Birlik”-də olaq

Kapital Bank sadiq müştəriləri üçün yeni “Birlik Klubu” – imtiyazlardan faydalanmaq üçün üzvlük kartlarını təqdim edir.
29.08.2017

Bank sektorunda davamlı olaraq müştəriləri üçün yeni xidmətlər təklif edən Kapital Bank sadiq müştəriləri üçün yeni “Birlik Klubu” – imtiyazlardan faydalanmaq üçün üzvlük kartlarını təqdim edir. Kapital Bank-dan minimum iki dəfə kredit əldə etmiş müştərilər “Birlik klub”na üzv olaraq bankda bir sıra güzəştlərdən yararlanmaq imkanı əldə edəcəklər.

Kluba üzv olan müştərilərə xüsusi üzvlük kartları təqdim ediləcək. Kartın növündən asılı olaraq müştərilərin aylıq kredit ödənişlərindən müəyyən məbləği karta geri dönəcək, kredit komissiyasına endirimlər, illik faiz dərəcəsinə güzəşt tətbiq olunacaq.  Həmçinin, kreditin maksimal standart müddətinə əlavə olaraq ödəniş ayları veriləcək ki, bunun da sayəsində kreditin daha rahat şərtlərlə ödənişi mümkün olacaq.

Klub üzvlərinin qazanacağı imtiyazlar bununla yekunlaşmayacaq. Gələcəkdə klub üzvlərinə banka aid digər faydalı təkliflər də təqdim olunacaq.

“Birlik klubu” barədə ətraflı məlumat üçün -kapitalbank.az/loans/birlik-klubu.

 

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.