Kapital Bank ilə “Birlik”-də olaq

Kapital Bank sadiq müştəriləri üçün “Birlik Klubu” layihəsini təqdim edib.
29.08.2017

Kapital Bank sadiq müştəriləri üçün “Birlik Klubu” layihəsini təqdim edib. Artıq Bankın kredit müştəriləri “Birlik Klubu”-na qoşulmaqla bir sıra güzəştlərdən yararlanmaq imkanı əldə edirlər.

Kluba üzv olan müştərilərə xüsusi üzvlük kartları təqdim edilir. Kartın növündən asılı olaraq müştərilərin aylıq kredit ödənişlərindən müəyyən məbləği bonus şəklində karta geri qaytarılır. Kredit komissiyasına endirim, illik faiz dərəcəsinə güzəşt tətbiq olunur. Həmçinin kreditin ödəniş vaxtına 6 ayadək əlavə müddət əldə etmək mümkündür.

Klub üzvlərinin qazanacağı imtiyazlar bununla yekunlaşmayacaq. Banka aid digər faydalı təkliflər də təqdim olunacaq.

“Birlik klubu”-na qoşulmaq üçün Kapital Bankın istənilən filialına yaxınlaşmaq kifayətdir. Ətraflı məlumat üçün - kapitalbank.az/loans/birlik-klubu