Kapital Bank bayram günlərində xidmət göstərəcək

Kapital Bank xalqımızı Novruz bayramı münasibəti ilə təbrik edir, can sağlığı, firavan həyat və yeni nailiyyətlər arzu edir.
16.03.2018

Kapital Bank Novruz bayramı münasibəti ilə istirahət günləri elan edilən günlərdə müştərilərə xidmət göstərəcək. 22, 23, 24 və 26 mart tarixlərində Qara Qarayev, Şuşa, Xəzər, Bakıxanov, Binəqədi, Əhmədli, Suraxanı, Yasamal, Bravo, Bravo 2, Qaradağ, Abşeron, Sumqayıt, Ağcabədi, Bərdə, Gəncə, Kəpəz, Mingəçevir, Lənkəran, Masallı, Qubadlı, Ağdam, Beyləqan, Biləsuvar, Cəlilabad, Füzuli, Goranboy, İmişli, Qəbələ, Quba, Sabirabad, Salyan, Şəki, Şəmkir, Şirvan, Xaçmaz və Yevlax filialları xidmət göstərəcək. Bravo və Bravo 2 filialları isə həmçinin 20, 21 və 25 mart tarixlərində də işləyəcək.

Kapital Bank xalqımızı Novruz bayramı münasibəti ilə təbrik edir, can sağlığı, firavan həyat və yeni nailiyyətlər arzu edir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 

Bayram günləri müştərilərə aşağıdakı əməliyyatlar üzrə  xidmət göstəriləcəkdir: 

  • Kreditlərin rəsmiləşdirilməsi
  • Birlik klubu kartların rəsmiləşdirilməsi;
  • Tək və çarpaz halda təcili kredit xəttin rəsmiləşdirilməsi;
  • Tək və çarpaz halda Birkartın rəsmiləşdirilməsi;
  • Cari hesabların açılması;
  • Kredit xətləri üzrə limitlərin dəyişdirilməsi;
  • Fiziki şəxslərə debet kartlarının rəsmiləşdirilməsi;
  • Filialda kartların təhvil verilməsi;
  • Bütün növ kassa əməliyyatları;
  • Nağd valyuta mübadiləsi;
  • Pos-terminaldan nağd məxaric əməliyyatları;
  • Bütün növ hesablar üzrə mədaxil əməliyyatları (depozit əməliyyatları istisna olmaqla);
  • Təcili pul köçürmələri;
  • Tranzit hesabdan birdəfəlik ödənişlər;
  • Fiziki şəxslərin debet kartlarından məxaric;
  • Fiziki şəxslərin cari hesablarından məxaric;
  • Hüquqi və sahibkar fiziki şəxslərin ödəniş tapşırıqlarının qəbulu (qəbul olunmuş sənədlər icra üçün əməliyyat departamentinə növbəti iş günü göndərilməlidir);
  • Hüquqi şəxslərin əmək haqqı tapşırıqlarının qəbulu (qəbul olunmuş sənədlər icra üçün əməliyyat departamentinə növbəti iş günü göndərilməlidir).
Hörmətli istifadəçi

Zəhmət olmasa, BirBank məhsulunun fəaliyyəti haqqında sorğuda iştirak edin.