Kapital Bank SABAH qruplarının tələbələri ilə görüş keçirib

Görüş zamanı “Müsahibədə özünü təqdimat bacarıqları” mövzusunda seminar keçirilib.
28.04.2017

Kapital Bank sosial yönümlü fəaliyyətinə uyğun olaraq Təhsil Nazirliyinin SABAH qruplarında təhsil alan 100-dən çox tələbə ilə görüş keçirib. Görüş zamanı “Müsahibədə özünü təqdimat bacarıqları” mövzusunda seminar keçirilib.

Tədbirdə Kapital Bank-ın İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova, İşə qəbul və yerləşdirilmə şöbəsinin rəhbəri Elçin Nəsibov və SABAH Qruplarının İcra Komitəsinin Sədri Şahin Seyidzadə iştirak edib.

Kapital Bank-ın İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova bildirib ki, seminar zamanı tələbələrə düzgün iş axtarma yolları, müsahibələrə düzgün hazırlıq və iştirak barədə məlumat verilib. Həmçinin tələbələrin fəal iştirakını təmin etmək məqsədi ilə onları maraqlandıran suallar cavablandırılıb və bir neçə tələbə ilə iş müsahibəsi prosesi canlı olaraq səhnələşdirilib.

Qeyd edək ki, təhsil layihələrinə dəstək verən Kapital Bank, Təhsil Nazirliyi ilə birgə bir neçə layihə həyata keçirib. Yaxın gələcəkdə təhsillə bağlı yeni layihələrin keçirilməsi planlaşdırılır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 91 filialı və 5 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.