Kapital Bank Maxi.az mağazasında kredit aksiyası keçirir

Kapital Bank Maxi.az mağazası ilə birgə müştərilərə yeni aksiya təqdim edir.
14.04.2017

Kapital Bank Maxi.az mağazası ilə birgə müştərilərə yeni aksiya təqdim edir. Şərtlərə görə Gənclik Mall və Əhmədli qəsəbəsində yerləşən Maxi.az mağazalarında ilkin ödənişsiz, komissiyasız məişət texnikası əldə etmək mümkündür. Qeyd edək ki, bu aksiyadan bütün müştərilər faydalana bilər. Kredit 6 ay müddətə rəsmiləşdirilir. Aksiya 30 aprelədək davam edəcək.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 4 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.