Kapital Bank Masterсard tərəfindən mükafatlandırılıb

Mükafatları Mastercard-ın Azərbaycan üzrə ölkə meneceri Erdem Çakar təqdim edib.
11.12.2019

Kapital Bank Mastercard şirkətinin təşkil etdiyi tədbirdə 2019-cu ilin yekunlarına əsasən xüsusi mükafatlara layiq görülüb. Bununla da Kapital Bank tədbirdə ümumilikdə 2 nominasiyanın qalibi olub.

“Ən innovativ Mastercard xidməti təklif edən bank” nominasiyası üzrə ilk olaraq UNEC-ə təqdim edilən Smart Tələbə Kartı məhsulu, “Kart sayını ən çox artıran bank” nominasiyasında isə BirKart Miles kartı xüsusi sertifikatla təltif edilib. Mükafatları Kapital Bank-ın nümayəndələrinə Mastercard-ın Azərbaycan üzrə ölkə meneceri Erdem Çakar təqdim edib.

Qeyd edək ki, MasterCard kartlarını Kapital Bank filiallarında və ya Bankın korporativ saytından onlayn sifariş etmək mümkündür. Kapital Bank Azərbaycan manatı, ABŞ dolları və avro valyutası əsasında ödəniş kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.