Kapital Bank Beynəlxalq Maliyyə Şurasının açılışında iştirak edib

Tədbirdə assosiasiya tərəfindən yeni yaradılan MENA bölməsinin (Middle East, North Africa) təqdimatı baş tutub.
28.03.2017

Kapital Bank-ın nümayəndələri 22-23 mart tarixlərində Amerika Banklar Assosiasiyası tərəfindən (American Bankers Association) Dubayda keçirilən beynəlxalq konfransda iştirak ediblər. Tədbirdə assosiasiya tərəfindən yeni yaradılan MENA bölməsinin (Middle East, North Africa) təqdimatı baş tutub. Eyni zamanda regionun qabaqcıl bankları “Müxbir bankçılğın gələcəyi” forumda iştirak ediblər.

“Amerika Banklar Assosiasiyasının hər regionda şuraları fəaliyyət göstərir. Bu tədbirdə yeni MENA şurasının təqdimatı baş tutdu. Şuranın əsas məqsədi regionda olan mühüm məsələləri müzakirə etməkdir. Biz də Azərbaycanın lider banklarından biri olaraq çalışacağıq regiona və ölkəyə öz töhfəmizi verək, həmçinin xarici ölkələrin təcrübəsindən yararlanaq”, - deyə, Kapital Bank-ın İdarə heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Emin Məmmədov bildirib.

Qeyd edək ki, Kapital Bank bir sıra yerli və beynəlxalq təşkilatlarla müxtəlif sahələrdə əməkdaşlıq edir. Gələcəkdə belə təşkilatların sayı artırılacaq.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 4 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.