Kapital Bank BFB-də listinqə qəbul edilib

Səhmlərin yerləşdirməsi üzrə anderayter PAŞA Kapital İnvestisiya şirkətidir.
30.08.2018

29 Avqust 2018-ci il tarixindən etibarən Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə Kapital Bank-ın qiymətli kağızları BFB-də standart bazar seqmentində listinqə daxil edilib:

• Dövlət qeydiyyat nömrəsi – AZ3001005157
• Qiymətli kağızın növü və forması – İmtiyazlı adlı sənədsiz
• Ticarətə buraxılan qiymətli kağızların sayı – 3 228 410 ədəd
• Qiymətli kağızın yerləşdirməyə başlanma tarixi – 30 avqust 2018-ci il
• Qiymətli kağızın ilkin ticarət qiyməti – 12,39 AZN

Səhmlərin yerləşdirməsi üzrə anderayter PAŞA Kapital İnvestisiya şirkətidir. Eyni zamanda Kapital Bank-ın hazırda tədavüldə olan adi adlı sənədsiz səhmləri Listinq Komitəsinin qərarı ilə standart bazar seqmentinə daxil edilib.

BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru