“Kapital Bank” ASC-nin istiqrazları ləğv edilmişdir

“Kapital Bank” ASC-nin Müşahidə Şurasının 24 may 2016-cı il tarixli qərarına əsasən 17 mart 2014-cü il tarixdə AZ2003005157 dövlət qeydiyyat nömrəsi ilə qeydə alınmış hər birinin nominal dəyəri 1000 (bir min) manat olan 8000 (səkkiz min) ədəd adlı, sənədsiz, faizli, təmin edilməmiş istiqrazları ləğv edilmişdir.
18.07.2016

Bununla əlaqədar, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən sözügedən istiqrazların ləğv edilməsi barədə qiymətli kağızların dövlət reyestrində müvafiq qeydlər edilmişdir.