İlin ən yaxşı bankı!

Kapital Bank dünyanın məşhur biznes dərgilərindən biri olan Euromoney Nəşriyyat Qrupu tərəfindən 2015-ci ildə “Azərbaycanın ən yaxşı Bankı” adına layiq görülüb.
15.07.2015

Maliyyə dünyasında ən nüfuzlu mükafatlardan biri sayılan Euromoney mükafatı dünyanın 100-dən artıq ölkəsində aparıcı banklara və maliyyə təşkilatlarına təqdim olunur. Mükafat bankın hesabat dövründə əldə etdiyi nəticələr, həmçinin beynəlxalq müxbir bankların nümayəndələri və tanınmış maliyyə mütəxəssislərinin müşahidə və təhlilləri nəticəsində əldə olunan məlumatlara əsasən təqdim edilir.

Kapital Bankda son 2 il ərzində baş verən dəyişikliklər və görülən işlər göz qabağındadır. Biz həmkarlarımızla birgə Bankın yeni inkişaf strategiyasını reallaşdırmağa başlayanda böyük uğurlara imza atacağımıza inanırdıq. 2014-cü ildə əldə etdiyimiz nailiyyətlər və 2015-ci ildə bu inkişaf tempini saxlamağımız bizim müştərilərə verdiyimiz vədlərin sözdə deyil, əməldə əks olunduğunu bariz şəkildə əks etdirir. Sözsüz ki, bizi qarşıda hələ daha böyük hədəflər və iri həcmli layihələr gözləyir. Bu baxımdan dünyanın ən nüfuzlu maliyyə qurumlarından biri olan Euromoney tərəfindən Azərbaycanda ilin ən yaxşı bankı seçilməyimiz bizim üçün gözəl stimul olacaq. Biz əminik ki, yaxın dövrdə həyata keçirəcəyimiz işlər nəticəsində Kapital Bankın müştəriləri yeni xidmət standartlarının üstünlüklərindən faydalanan biləcək, yeni konsepsiyalı filiallarımızda müasir, çevik və sərfəli məhsullarımızı əldə edəcək, Bankımızla faydalı əməkdaşlıqlarından zövq alacaqlar.