Gəncədə keçirilən əmək yarmarkası

Kapital Bank 16 may 2016-cı il tarixində Gəncə şəhərindəki Azərbaycan Dövlət Aqrar Universitetdə təşkil olunan əmək yarmarkasında iştirak edib.
17.05.2016

Yarmarkada universitetin tələbələri və kənar namizədlər iştirak edib və müvafiq vakansiyalar üzrə Kapital Bank-ın əməkdaşlarına CV-lərini təqdim ediblər.

Yarmarkada iştirakçılara Bank və onun xidmətləri barədə məlumat verilib. Tədbirdə yığılan CV-lər araşdırılıb, uyğun gələn namizədlər müvafiq vakansiyalar üzrə Banka müsahibəyə dəvət olunacaqlar.

Qeyd edək ki, Kapital Bank sosial yönümlü fəaliyyətinə uyğun olaraq, daim müxtəlif təhsil layihələrini və proqramlarını dəstəkləyir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.