Əmanətçilərə Visa Platinum Pay Wave kartı hədiyyə!

Kapital Bank 9 və 10 iyul tarixlərində keçirilən “İsti yay” («ЖАРА») musiqi festivalı çərçivəsində müştərilərinə xüsusi aksiya təqdim edib.
11.07.2016

Aksiya çərçivəsində Kapital Bank-a əmanət yerləşdirən müştərilərə Visa Platinum Pay Wave kartı hədiyyə ediləcək.

Əmanətin növü, müddəti və məbləğindən asılı olmayaraq, bütün müştərilərə Visa Platinum Pay Wave kartı veriləcək. Amma şərtlərə görə musiqi festivalı zamanı paylanan xüsusi flayeri filial əməkdaşına təqdim etmək zəruridir. Aksiya 1 sentyabr 2016-cı il tarixədək davam edəcək.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.