“Bir neçə gündən sonra bankdan zəng edib dedilər ki, 500 manat qazanmışam”

Kapital Bankın depozit məhsulları üzrə 21 iyul tarixinə qədər keçirdiyi lotereyanın 19 qalibi artıq məlumdur.
20.06.2014

Kapital Bankın depozit məhsulları üzrə 21 iyul tarixinə qədər keçirdiyi lotereyanın 19 qalibi artıq məlumdur. Qarşıda isə hələ 32 nəfərin bu lotereyadan qazanmaq imkanı var. Emil Şükürov Kapital Bankda cəmi 500 manat depozit yerləşdirib. Və cəmi bircə şansla qalib olaraq 500 manat da Kapital Bankdan qazanıb.

Təfərrüatını şanslı müştəri özü danışır:

- İşimlə əlaqədar Kapital Banka tez-tez müraciət etməli oluram. Rabitə, kommunal xidmətlərin ödənişi və s. üçün bu bankın xidmətlərindən istifadə edirəm. İyunun 4-də Kapital Bankın 1 saylı Səbail filialında idim. Orada yeni depozit kampaniyası ilə bağlı flayerlər vardı. Maraq güc gəldi, birini götürdüm. Tanış olanda gördüm ki, depozitin şərtləri mənimçün çox sərfəlidir. Səhəri gün filiala gəlib depozit hesabı açdım və 500 manat yerləşdirdim. Bir neçə gündən sonra Kapital Bankın Baş ofisindən zəng edib dedilər ki, lotereyada 500 manat qazanmışam. Çox sevindim, təbii ki.

- Heç indiyə qədər hansısa uduşlu oyunda bəxtiniz gətirmişdi?

- Əvvəllər lotereya biletləri ilə xırda uduşlarım olmuşdu. Amma ilk dəfə idi ki, belə böyük məbləğ qazanırdım.

- Yaxınlarınızın, dostlarınızın buna reaksiyası necə oldu?

- Əvvəlcə inanmadılar. Amma sonra gördülər, yox, həqiqətən qazanmışam. Mənsə onlara da Kapital Bankın verdiyi bu şansdan faydalanmağı tövsiyə etdim.

- Depozit yerləşdirərkən özünüz qalib olacağınıza inanırdınız?

- Düzü, depozit qoymaqda məqsədim lotereyada iştirak etmək deyildi. Depozitin şərtləri mənə sərfəli görünmüşdü. Fikirləşmişdim ki, əvvəl 500 manat pul qoyub, sonra əlimə pul düşdükcə hesabımdakı məbləği artıraram. Lotereyada qazanmağım, bu baxımdan, mənim üçün çox gözlənilməz oldu.

- Qazandığınız məbləği də depozit hesabınıza əlavə edəcəksiniz?

- Yox, udduğun pulu nağd alıb xərcləmək, məncə daha maraqlıdır. Ona görə də mükafatı xərcləyəcəyəm. Pulun bir hissəsini müəyyən xeyriyyə məqsədlərinə sərf eləməyi düşünürəm. Gələcəkdə isə pulum olduqca, depozit hesabıma əlavə etməyi düşünürəm. Mənim fikrimcə, puldan düzgün istifadə etməkdən ötrü banklardan düzgün istifadə etməlisən.